Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri 18 noyabr tarixində Rusiyanın Voronej şəhərinə ABŞ istehsalı 4 ədəd ATACMS ballistik raketi ilə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, “S-400” və “Pantsir” hava hücumundan müdafiə sistemləri bütün raketləri vurub. Raket qalıqları isə Voronejdəki gerontoloji mərkəz və uşaq evinin damına ziyan vurub.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ