Onlayn ictimai-siyasi qəzet
Ukrayna ötən gecə Rusiyada Ryazan vilayətinin Sasovo şəhərində dəzgah zavoduna, həmçinin Yandex məlumat mərkəzinin yerləşdiyi kompleksə zərbə endirib.
Musavat.com xəbər verir ki, “Sasta” zavodu ağır metal emalı dəzgahlarının istehsalında ixtisaslaşıb və onlardan hərbi texnika istehsalında istifadə olunur.
Yandex Sasovo Məlumat Mərkəzi 12 MVt-a qədər gücə malik və on minlərlə serveri yerləşdirmək üçün infrastrukturu olan böyük mərkəzdir.
Zərbədən sonra Yandex-in işində ciddi problemlər meydana gəlib.
Qeyd edək ki, son həftələrdə Rusiya Ukraynada yerləşən bir neçə böyük məlumat mərkəzinə zərbə endirib.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ