Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 14-nə keçən gecə Rusiyanın Leninqrad vilayətinin Slobodka qəsəbəsində yerləşən "NOVATEK-Ust-Luqa" kompleksinə zərbə endirildiyini rəsmən təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Baş Qərargahın "Facebook" səhifəsində paylaşılıb.
Rəsmi açıqlamada müəssisə ərazisində yanğının qeydə alındığı bildirilir: "İlkin məlumatlara görə, kompleksin iki emal qurğusu vurulub".
Ukrayna tərəfinin məlumatına görə, "NOVATEK-Ust-Luqa" sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün nəzərdə tutulmuş istehsal-yükləmə kompleksidir. İllik emal gücü təxminən 8 milyon ton xammal təşkil edən bu obyektin məhsulları Rusiyanın hərbi-iqtisadi fəaliyyətində geniş istifadə olunur və Rusiya Silahlı Qüvvələrinin təchizatında mühüm rol oynayır.
Dəymiş ziyanın dəqiq miqyası və hücumun yekun nəticələri dəqiqləşdirilir.
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ