İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç klubumuz üçün həyəcanlı Avropa gecəsi

Bu gün UEFA Avropa və Konfrans Liqalarının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Bu çərçivədə Azərbaycanın üç təmsilçisi - “Qarabağ”, “Zirə” və “Neftçi” növbəti sınaqlarına çıxacaq.

Musavat.com xəbər verir ki, günün ilk oyunu saat 20:00-da başlayacaq. Konfrans Liqasında mübarizə aparan “Zirə” ilk oyunda minimal hesabla məğlub olduğu Estoniyanın “Payde” klubunu qəbul edəcək.

Saat 21:00-da isə növbə “Neftçi”yə çatacaq. Paytaxt təmsilçisi doğma meydanında 2 top top öndə olmasına baxmayaraq, ard-arda 4 top qapısında görərək şok məğlubiyyət yaşadığı Belarusun “Dinamo” (Minsk) komandası ilə üz-üzə gələcək.

Neftçi” öndə olduğu matçda “Dinamo”ya uduzdu

Gecənin heç şübhəsiz ki, ən çox maraq doğuran qarşılaşmalarından biri isə saat 22:00-da start götürəcək. Avropa Liqasında çıxış edən Azərbaycanın son illərdəki ən uğurlu klubu “Qarabağ” Bolqarıstanda SSKA ilə cavab matçına çıxacaq. Ağdam təmsilçisinin növbəti mərhələyə yüksəlmək uğrunda mübarizəsi futbolsevərlərin diqqət mərkəzində olacaq. Qeyd edək ki, Bakıdakı oyunda heç-heçə qeydə alınmışdı.

İdman yazarı Natiq Muxtarlının qənaətinə görə, bu gün hər 3 komandamız mərhələni keçməyə qadirdir: “ İlk oyunlara əsasən demək olar ki, rəqiblərin heç birində təmsilçilərimiz qarşısında üstünlük yaradacaq qeyri-adi keyfiyyət yoxdur. “Zirə”nin rəqibi müdafiə futboluna üstünlük verməklə nəticə qazanmağa çalışır.

Amma hücum planında təzyiqi artırmaqla onların müdafiəsini yarmaq mümkündür. Baş məşçqi Rəşad Sadıqov bu gün hücum haqda düşünməlidir, estonlar onsuz da meydanı “Zirə”yə verəcəklər. “Neftçi”nin rəqibi haqda danışmağa dəyməz. “Dinamo” yarımhəvəskar komandadır. Sadəcə, “Neftçi”nin ilk oyunda bu komandaya niyə və necə uduzduğunu hələ də başa düşə bilmirəm. Olduqca müəmmalı idi. Düşünürəm ki, “Neftçi” səfərdə rahat qələbə qazanacaq. Yox, qazana bilməsə, artıq müəmmalı sualların sayı artacaq”.

Azərbaycan yığması onlar üçün də qapazaltı olub” – Natiq Muxtarlı Yeni Sabah

Onun sözlərinə görə, “Qarabağ” da ilk oyunda rəqibindən üstün idi: “Sadəcə, yeni oyunçular heyətə tap adaptasiya oluna bilməyib, ona görə də xətlər arasında əlaqə zəif idi. Bakıdakı görüşdə “Qarabağ”ın cinahları yaxşı işləmədi, hücumda da pressinq çatmadı. “Qarabağ”ın əvvəlki hücumçuları-Juninyo, Duran daim rəqibin cərimə meydançası həndəvərində pressinq edir, müdafiəni təzyiq altında saxlayırdı. Yenilərdə hələ ki, bu keyfiyyəti görmürük. Amma bütün hallarda səviyyə fərqi hiss olunur. Düşünürəm ki, “Qarabağ” da mərhələni keçəcək. “Zirə” və “Neftçi”nin qrup mərhələsində oynayacağını düşünmürəm. Böyük ehtimalla, bu rəqibləri keçsələr belə növbəti mərhələdə dayanacaqlar. Amma “Qarabağ”ın Avropa Liqası və ya Konfrans Liqasının qrupunda oynayacağını düşünürəm. Çempion “Sabah”ın da artıq Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin etdiyini nəzərə alsaq, payızda Azərbaycan azarkeşlərini maraqlı avrokubok oyunları gözləyir. Amma “Qarabağ”dan ötənilki performansı gözləməyə dəyməz. Bunun əsas səbəbi komandada nəsil dəyişikliyidir”.

Cavanşir Abbaslı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR