Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı Türkiyənin rəsmi mövqeyi açıqlanıb.
Musavat.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Ermənistanda 7 iyun 2026-cı ildə keçirilən parlament seçkilərinin sülh və sabitlik şəraitində uğurla başa çatmasından məmnunluq ifadə olunub.
Bəyanatda seçki nəticələrinin Ermənistan xalqı üçün xeyirli olması arzulanıb.
Qeyd edilib ki, seçkilərdən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına imkan yaradacaq şəraitin formalaşacağına ümid edilir.
Sənəddə həmçinin vurğulanıb ki, Türkiyə bundan sonra da bölgə ölkələrinin ortaq maraqları əsasında regional sabitlik və rifahın möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək.
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ