Onlayn ictimai-siyasi qəzet
Ankara Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı əvvəllər təklif olunan, həm taxıl, həm də enerji təchizatı ilə bağlı təşəbbüslər üzərində işləməyə davam edəcək.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV-də bildirib: "Bu məsələ ilə bağlı hər iki tərəfə təklif təqdim etmişik. Bunun üzərində işləyirik və cavab gözləyirik. Hər iki tərəfdən də cavablar almışıq. Açığı, bunu həll etməyə çalışırıq. Amma burada əvvəlki razılaşmanın həyata keçirilməsindən əldə edilən dərslərə əsaslanaraq hərəkət edəcəyik".
O qeyd edib ki, Qara dənizdəki vəziyyət Türkiyə və digər ölkələr üçün, o cümlədən qlobal bazarlara taxıl və enerji təchizatı baxımından son dərəcə vacibdir: "Qara dəniz hövzəsindən taxıl qlobal bazarlara çatmalıdır. Bu taxıla Afrika ölkələri və Misir də daxil olmaqla bir çox yerdə ehtiyac var. Və enerjidən fərqli olaraq, taxıl hər iki ölkənin satdığı məhsuldur. Əlbəttə ki, Rusiya əsasən enerji satır və bu sahədə aradan qaldırılmalı olan bəzi çətinliklər var".
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ