Onlayn ictimai-siyasi qəzet
Türkiyə Qara dənizə gedən kommersiya gəmilərinin keçidini müvəqqəti olaraq məhdudlaşdırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, bu qərar regionda gəmilərə qarşı hücumların artması fonunda qəbul edilib.
Nəşrin yazdığına görə, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın Novorossiysk limanına yola düşən bir neçə gəmiyə rəsmi bildiriş göndərib.
Bildirişdə qeyd olunur ki, bu istiqamətdə tranzit üçün hələlik icazə verilmir və ya Dardanel boğazından keçid üçün müraciətlərə baxılması əlavə vaxt tələb edir.
Qeyd edək ki, Novorossiysk Rusiyanın neft və taxıl ixracı üçün əsas limanlarından biridir. Türkiyənin bu addımı bölgədə logistika və ticarət marşrutlarına təsir edə bilər.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ