İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə uduzsa da, hər kəs ondan DANIŞIR - ŞOK FOTOLAR

Xəbər verildiyi kimi, Türkiyə millisi UEFA Millətlər Liqasında Belçika ilə qarşılaşıb və meydandan 3:0 hesablı məğlubiyyətlə ayrılıb.

Musavat.com bildirir ki, görüşün ən çox müzakirə olunan məqamlarından biri Barış Alper Yılmazın yaşadığı epizod olub.

Qarşılaşmaya start heyətində başlayan Yılmaz ilk hissənin son dəqiqələrində rəqibi ilə ikili mübarizəyə girib. Futbolçu hakimdən faul gözləsə də, referi oyunu davam etdirib.

Barış Alperin həmin hərəkəti qısa müddətdə matçın ən çox müzakirə olunan epizodlarından birinə çevrilib. Sözügedən görüntülər yalnız Türkiyədə deyil, ölkə xaricində də diqqət çəkib və futbolçunun hərəkəti sosial mediada geniş müzakirə olunmağa başlayıb.

Qeyd edək ki, 26 yaşlı Barış Alper Yılmaz cari mövsümdə "Qalatasaray"ın heyətində 7 matçda meydana çıxıb. Bu qarşılaşmaların 5-də start heyətində yer alan futbolçu 535 dəqiqə meydanda qalıb.

Xatırladaq ki, Belçika Türkiyə üzərində qələbəni Kevin De Brüynenin 10 və 60-cı dəqiqələrdə, Romelu Lukakunun isə 76-cı dəqiqədə vurduğu qollar sayəsində əldə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR