Onlayn ictimai-siyasi qəzet
Türkiyənin müdafiə sənayesinin istehsalı olan MPT-76 MH avtomatı sınaqlarda diqqətçəkən nəticə göstərib.
Musavat.com xəbər verir ki, Türkiyənin Maşınqayırma və Kimya Sənayesi Korporasiyasının (MKE) məlumatına görə, MPT-76 MH NATO standartlarına uyğun 42 müxtəlif sınaqdan uğurla keçib.
MKE bildirir ki, MPT-76 MH 42 NATO sınağını uğurla tamamlayan dünyada yeganə 7,62 mm-lik piyada silahıdır. 2026-cı ildə açıqlanan məlumatlara görə, silah 42 NATO sınağı ilə yanaşı, 16 yerli standart sınağından da keçib. Beləliklə, MPT-76 MH ümumilikdə 58 sınağı uğurla tamamlayıb.
MPT-76 MH 7,62×51 mm NATO çaplıdır. Silah həm yarımavtomatik, həm də avtomatik atəş rejiminə malikdir. Effektiv atəş məsafəsi 600 metr, atəş tempi isə dəqiqədə 750 atımdır.
MPT-76 MH-nin çəkisi daraqsız və əlavə avadanlıqsız 3,75 kiloqram, lüləsinin uzunluğu 406 mm-dir. Güllənin lülədən çıxış sürəti saniyədə 800 metrdir. Darağı 20 patron tutur. Silah qısa gedişli qaz porşeni və fırlanan kilid mexanizmi ilə işləyir.
MPT-76 MH dözümlülüyünü standartlaşdırılmış sınaqlarda nümayiş etdirib. Silah suya batırılma, palçıq, buzlanma, qum və toz, yüksək temperatur və düşmə kimi ağır sınaqlardan keçirilib. MKE-nin məlumatına görə, MPT-76 MH 42 NATO və 16 yerli standart olmaqla ümumilikdə 58 sınağı uğurla tamamlayıb.
Sınaqlar zamanı MPT-76 MH son dərəcə ağır şəraitə məruz qoyulub. Avtomat suya, palçığa, buza, quma və toza salınıb, yüksək temperatur şəraitində yoxlanılıb, həmçinin düşmə sınaqlarından keçirilib.
Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları nəzərə alınaraq MPT-76-nın modernləşdirilmiş və yüngülləşdirilmiş versiyası kimi hazırlanan MPT-76 MH artıq Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilir.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ