İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı İran xalqına başsağlığı verib

Musavat.com xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı İran xalqına başsağlığı mətni yayınlayıb.

Redaksiyamıza göndərilən başsağlığında yazılıb: "Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - prezident Seyid İbrahim Rəisi və bir neçə yüksək səviyyəli dövlət rəsmisinin vəfatı ilə əlaqədər ən səmimi başsağlığı verirəm.

Bu hüznlü gündə Uca Allahdan dost İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk .

Hörmətlə, AĞ Partiya sədri Tural Abbaslı"

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR