İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın yeni mətbuat katibi KİM OLACAQ? - Namizədlər bəlli oldu

ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki mətbuat katibi Karolin Livittin avqustun sonunda vəzifəsini tərk etmək qərarından sonra onun yerinə keçəcək şəxslə bağlı mübarizə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" yazır.

Livitt istefasını ailəsi ilə daha çox vaxt keçirmək istəyi ilə izah edib.

Onun ən real varislərindən biri 29 yaşlı Anna Kelli hesab olunur. Kelli hazırda Livittin müavini vəzifəsində çalışır. Nisbətən gənc yaşına baxmayaraq, onun böyük siyasi təcrübəsi var. O, hələ 2012-ci ildə respublikaçıların seçki qərargahında fəaliyyətə başlayıb. Daha sonra Viskonsin ştatının Respublikaçılar Partiyasında müxtəlif vəzifələrdə çalışıb, respublikaçı konqresmenin və Respublikaçılar Milli Komitəsinin əməkdaşı olub.

Mümkün varislər arasında Ağ Evin kommunikasiya direktoru Stiven Çenqin də adı çəkilir. Lakin nəşrin qiymətləndirməsinə görə, o, administrasiyanın əsas ictimai nümayəndəsi vəzifəsi üçün daha az uyğun namizəd ola bilər. Çünki bu vəzifə media tərəfindən daim diqqət mərkəzində olmağı tələb edir.

Digər potensial namizəd kimi ESPN-in keçmiş aparıcısı Seyc Stil göstərilir. O, 2023-cü ildə telekanaldan ayrıldıqdan sonra Trampın çevrəsinə yaxınlaşıb və ABŞ daxilində səfərləri zamanı prezidentin qeyri-rəsmi nümayəndəsi kimi çıxış edib. Bununla belə, Stil daha əvvəl mətbuat katibi vəzifəsi ilə maraqlandığını açıq şəkildə təkzib edib.

Trampın ən uzunmüddətli köməkçilərindən biri olan Ceyson Millerin mümkün təyinatı da müzakirə edilir. Miller 2015-ci ildə Trampın ilk prezidentlik kampaniyasından etibarən onunla birlikdə çalışır. Medianın məlumatına görə, Miller aralıq seçkiləri ərəfəsində Trampın əsas ictimai nümayəndələrindən birinə çevrilə bilər.

Potensial namizədlər arasında daha əvvəl daxili təhlükəsizlik nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsində çalışmış Trişa Maklaflinin də adı çəkilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR