İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın adamından iranlılara HEYRƏTAMİZ sözlər

İranda hakimiyyət daxilindəki bölünmə Tehranla danışıqları çətinləşdirir. Musavat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News”a deyib.

"Reallıq budur ki, ilk növbədə, iranlılar olduqca çətin insanlardır. İkincisi, onların sistemi pozulub, ona görə də onların sistemində müharibənin bitməsini istəyən insanlar var. Onların sistemində müharibənin davam etməsini istəyən dəli radikallar da var",- Vens qeyd edib. Vitse-prezident proqnozlaşdırır ki, nəticədə İran heç vaxt nüvə silahına sahib olmayacaq və ABŞ daha güclü mövqedə olacaq.

Azərbaycan tək özünün, bütün bəşəriyyətin taleyini düşündüyünü nümayiş  etdirdi” – Yusif Bağırzadə - Yeni Çağ

Politoloq Yusif Bağırzadə Musavat.com- bildirib ki, Vensin açıqlamaları Vaşinqtonun İrana yanaşmasında bir neçə mühüm mesajı ehtiva edir və onları həm danışıqlar taktikası, həm də ABŞ-ın daxili siyasi auditoriyasına hesablanmış bəyanat hesab etmək olar:

“Vensin açıqlamaları göstərir ki, Vaşinqton İrana münasibətdə həm diplomatik kanalları açıq saxlamaq, həm də təzyiq alətlərini maksimum səviyyədə qorumaq niyyətindədir. ABŞ hesab edir ki, danışıqların taleyi böyük ölçüdə İran hakimiyyəti daxilində hansı siyasi xəttin üstünlük qazanacağından asılı olacaq. Bu baxımdan Vensin bəyanatları təkcə mövcud vəziyyətin təsviri deyil, həm də Tehrana ünvanlanmış siyasi xəbərdarlıq və danışıqlar öncəsi psixoloji təzyiq mesajıdır.

İkinci məqam ondan ibarətdir ki, Vens dolayısı ilə mümkün gecikmələrə izah verir. Əgər danışıqlar uzanarsa və ya irəliləyiş əldə olunmasa, bunun səbəbi kimi ABŞ-ın deyil, İran daxilindəki fikir ayrılıqları göstərilir. Bu, diplomatik baxımdan məsuliyyətin müəyyən qədər Tehranın üzərinə yönəldilməsi cəhdidir”.

Politoloqun sözlərinə görə, Vensin “İran heç vaxt nüvə silahına sahib olmayacaq” bəyanatı isə Vaşinqtonun dəyişməyən strateji xəttini bir daha təsdiqləyir:
“Burada diqqət çəkən məqam odur ki, Vens konkret olaraq rejim dəyişikliyindən deyil, nüvə proqramının qarşısının alınmasından danışır. Bu, ABŞ-ın əsas prioritetinin nüvə təhlükəsinin aradan qaldırılması olduğunu nümayiş etdirir”.
Politoloq hesab edir ki, Vensin İran rəsmilərini “çətin insanlar”, bəzi qüvvələri isə “dəli radikallar” adlandırması danışıqlar mühitini yumşaltmaqdan daha çox təzyiq elementini gücləndirən siyasi ritorikadır:
“Belə ifadələr ABŞ-ın daxili auditoriyası üçün sərt mövqenin nümayişi baxımından faydalı olsa da, Tehran tərəfindən mənfi qarşılanaraq qarşılıqlı etimadın formalaşmasını çətinləşdirə bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR