Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda jurnalistlərə açıqlamasında ABŞ-ın müttəfiqlərini və onların vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.
Musavat.com xəbər verir ki, Tramp İranda baş verən iğtişaşlar zamanı neçə nəfərin həlak olduğu barədə dəqiq məlumata malik olmadığını desə də, ölənlərin sayının “çox olduğunu” vurğulayıb. Onun sözlərinə görə, vəziyyət nəzarətdən çıxmaq üzrədir və regionda təhlükəsizlik riskləri sürətlə artır.
Xatırladaq ki, ABŞ prezidenti daha əvvəl də İrandakı etirazçılara açıq müraciət edərək onları nümayişləri davam etdirməyə, hətta hakimiyyət strukturlarını ələ keçirməyə çağırmış, eyni zamanda “yardım yoldadır” mesajını vermişdi.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ