İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurlanan şalvar profil şəklində əynində imiş... – Bakıdakı bıçaqlanmanın təfərrüatı

Bakıda dayısı nəvəsi İsrafil Babayevi bıçaqlayan 2004-cü il təvəllüdlü Fərqin İsbatovun məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən 22 yaşlı gənc 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, tərəflər arasında mübahisə İsrafilin dostunun şalvarının Fərqin tərəfindən götürülməsi üstündə baş verib.

Belə ki, Səttar Zərdabdan Bakıya işləmək üçün gələndə dayısı nəvəsi və onun dostu ilə birlikdə kirayədə yaşayıblar. Bir müddət sonra Fərqin rayona qayıtmaq qərarına gedib. Bundan sonra dayısı nəvəsi ona zəng edərək dostunun şalvarının yoxa çıxdığını, onun götürüb-götürmədiyi soruşub. Nəticədə tərəflər arasında mübahisə yaşanıb.

Tərəflər mübahisəyə aydınlıq gətirmək üçün görüşüblər, bu zaman Fərqin İsbatov dayısı nəvəsinin qarın nahiyəsinə bir bıçaq zərbəsi endirib.

O da məlum olub ki, yoxa çıxan şalvarı qısa müddət sonra təqsirləndirilən şəxsin əynində görüblər. Belə ki, "TikTok"da profil şəklində həmin şalvar Fərqinin əynində olub. 

Bunu məhkəmədə ifadəsində zərərçəkmiş İsrafil Babayev deyib. Lakin Fərqin bu ittihamı qəbul etməyib və həmin şalvarı Zərdabdan aldığını bildirib. Qarşı tərəf malın çekini tələb etsə də, o, bunu edə bilməyəcəyini deyib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən ilin oktyabrında Binəqədi rayonu ərazisində baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR