Onlayn ictimai-siyasi qəzet
Donald Tramp Fox News-un məlumatına istinad edərək İranda etirazçılara artıq ölüm cəzası verilməyəcəyi barədə xəbəri şərh edib.
Musavat.com-un məlumatına görə, Tramp bildirib ki, onun əvvəlki sərt xəbərdarlıqlarından sonra İran hakimiyyəti etirazçılara qarşı ölüm hökmündən geri çəkilməyə başlayıb.
“İran etirazçısı artıq ölüm cəzası ilə üzləşməyəcək. Başqaları da belə olacaq. Bu, yaxşı xəbərdir. Ümid edirəm ki, bu, davam edəcək!” – deyə Tramp qeyd edib.
Musavat.com
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ