Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salmanla görüşüb.
Musavat.com Axios və İsrailin 12-ci kanalının müxbiri Barak Ravidin X paylaşımına istinadən xəbər verir ki, iyulun 29-da ABŞ paytaxtında keçirilən görüşdə İranla münaqişə müzakirə edilib.
Jurnalistin məlumatına görə, nazir Trampa "Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun İranla müharibə və regionda gərginləşmə ilə bağlı mesajını" çatdırıb. Bu mesajın məzmunu dəqiqləşdirilməyib.
Bundan əvvəl CNN mənbələrə istinadən məlumat yayıb ki, krallığın müdafiə naziri iyulun 29-da Vaşinqtonda ABŞ-ın vitse-prezidenti J.D. Venslə görüşüb.
Bildirilir ki, Ər-Riyad münaqişəni dayandırmağa çalışır və onun uzanmasının ciddi risklər yaradacağını düşünür.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ