İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiyaya qarşı qanun layihəsini imzalayacaqmı?


ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə imkan verən qanun layihəsini qəbul edib. Sənədin lehinə 262, əleyhinə 159 konqresmen səs verib. Respublikaçıların nəzarətində olan Senat qanunu 7 avqustda təsdiqləyib. Qanun layihəsi artıq Konqresin tam tərkibi tərəfindən qəbul edilib və indi imzalanması üçün prezident Donald Trampa göndəriləcək.

Xatırladaq ki, sənədin əsas müəllifi vəfat etmiş senator Lindsi Qremdir. Qanun ABŞ prezidentinə Rusiya və İranla ticarət edən ölkələrə 100 faizədək gömrük rüsumları daxil olmaqla, sərt sanksiyalar tətbiq etmək səlahiyyəti verir. Bəs, Donald Tramp qanun layihəsini imzalayacaqmı?

Aydın Quliyev: Seçki prosesi xaosa çevrilməyəcək


Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, Trampın Rusiya ilə indiki münasibətləri mehriban düşmənçilik səviyyəsindədir. O, Rusiya ilə münasibətləri nə çox istiləşdirmək istəyir, nə də çox gərginləşdirməyin tərəfdarı deyil: “Çox gərginləşdirmək onun planlarını poza bilər. Çox yaxınlaşmaq isə onun NATO üzrə bəzi yaxın müttəfiqləri ilə olan-qalan münasibətləri korlaya bilər. Ona görə də bir tərəfdən Tramp Rusiyanın başını tumarlayır, o biri tərəfdən isə Rusiyaya təzyiq göstərmək üçün müəyyən addımların bazasını formalaşdırır. Ötən həftələrdə ABŞ nümayəndələrinin Moskvada və Kiyevdə apardığı danışıqlar zamanı Trampın davranışları hər şeyi göstərdi. Tramp həm tərəfdarları ilə, həm də Putinlə apardığı telefon danışığında əsasən Ukraynaya təzyiq xarakterli ovqata daha çox üstünlük verdi. Təsadüfi deyil ki, o, Putinin, Rusiyanın sülhə daha yaxın olduğunu, amma Ukraynanın sülhdən bir qədər uzaq olduğunu dedi. Paralel olaraq isə Tramp Senatda və Konqresdə Rusiyaya qarşı qanun layihəsinin qəbul edilməsinə maneçilik göstərməyə qalxmadı”.

Ekspertin sözlərinə görə, əgər Tramp istəsəydi öz partiyasından olan senatorlar və konqresmenlər qanun layihəsinin əleyhinə səs verərdilər:

"Deməli, Tramp səs vermələrini istəyib. Ona görə də prezident Trampın qəbul edilmiş qanun layihəsini imzalayacağı ehtimalı var. Amma imzalayacağını dəqiq söyləmək də mümkün deyil. Tramp şəraitdən asılı olaraq o qanuna öz imzasını atacaq və ya atmayacaq. Şərait nəyi tələb eləsə onu edəcək. Böyük ehtimalla Trampın imzalaması onun Avropa ölkələri ilə münasibətlərinin necə olacağından asılıdır".

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR