İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp öz qolf klubunda iki çempionatın qalibi oldu, amma bir nüans var - VİDEO

Musavat.com xəbər verir ki, Nyu-Cersidəki "Trump National Golf Club Bedminster" meydançasında Donald Tramp 72 normativə qarşı raundu 70 zərbə ilə başa vurub.

Qolfda ən az zərbə sərf edən tərəf qalib gəldiyi üçün Trampın nəticəsi normadan iki zərbə yaxşı olub və bu, ona eyni anda həm klub, həm də veteranlar titulunu qazandırıb.

Hazırda Tramp turnirlərdə 40-dan çox qələbə qazandığını iddia edir. Lakin onun bu nəticələri çoxdandır ki, suallar doğurur. Onun qolf vərdişləri barədə kitab yazan idman jurnalisti Rik Reyli Trampın fırıldaqçılığa meylini "10-dan 11" kimi qiymətləndirib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR