İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp onun siyasətini tənqid edən idmançıya qəzəbləndi

ABŞ prezidenti Donald Tramp Olimpiya sərbəst xizəkçisi Hunter Hessi ölkədəki siyasəti tənqid etdiyinə görə “məğlub” adlandırıb.

Musavat.com xəbər verir ki, Tramp fikirlərini Truth Social hesabında paylaşıb: "Əsl məğlub olan Amerika Olimpiya xizəkçisi Hunter Hessi bu ilki Qış Olimpiya Oyunlarında ölkəsini təmsil etmədiyini iddia edir. Əgər belədirsə, o, heç vaxt komandaya seçilməməli idi və onun bu komandada olması təəssüf doğurur. Belə birini dəstəkləmək çox çətindir".

Qeyd edək ki, Hess daha əvvəl mətbuat konfransında bildirib ki, Olimpiya da daxil olmaqla, beynəlxalq yarışlarda ABŞ-ı təmsil etmək barədə qarışıq hissləri var: "Əlbəttə ki, xoşuma gəlməyən bir çox şey baş verir və düşünürəm ki, bir çox insan onları bəyənmir. Bayrağımızı dalğalandırmaq, ABŞ-da baş verən hər şeyi dəstəklədiyim anlamına gəlmir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR