İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Hörmüzdə mina yerləşdirən gəmilərin batırılmasını əmr etdi

ABŞ prezidenti Donald Tramp ölkəsinin hərbi dəniz qüvvələrinə Hörmüz boğazının sularında mina yerləşdirən hər hansı bir gəmini, hətta kiçik qayıqları belə vurub məhv etməyi əmr edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, president bu barədə özünün “Truth Social” səhifəsində yazlb.

"Heç bir tərəddüd olmamalıdır. Bundan əlavə, minaaxtaran gəmilərimiz hazırda boğazı təmizləyir. Bununla bu fəaliyyətin davam etdirilməsini, lakin üçqat intensivliklə əmr edirəm", - deyə Ağ Ev rəhbəri əlavə edib.

21 apreldə İslamabadda keçirilməli olan ABŞ-İran danışıqlarının baş tutmamasından sonra Vaşinqtonun mövqeyi sərtləşib, ancaq bu, hələ bombardmanların bərpa ediləcəyi mənasına gəlmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR