Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İsrailin qoşunlarını Cənubi Livandan çıxarmaq istəməməsi ilə bağlı məsələni həll edə biləcəyinə əmindir.
Musavat.com xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində danışıb:
"Mən problem həll edənəm; problemləri çox tez həll edirəm, o cümlədən Bibi (İsrail Baş naziri Benyamin Netanyahu - red.) ilə bağlı problemləri də".
Qeyd edək ki, dünən Netanyahu İsrailin qoşunlarını Livan ərazisindən çıxarmaq niyyətində olmadığını bir daha təkrarlayıb: "Qəti şəkildə inanıram ki, şimal sakinlərini və ölkənin bütün vətəndaşlarını qorumaq üçün lazım olduğu qədər Cənubi Livandakı təhlükəsizlik zonasında qalacağıq".
Musavat.com
13 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ