İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Börnhemlə danışdı: Baş nazirin qarşısında çox iş var

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə telefon danışığı keçirib.

Musavat.com xəbər verir ki, məlumatı Tramp özünə məxsus Truth Social hesabında paylaşıb.

O qeyd edib ki, Börnhemlə Hörmüz boğazındakı vəziyyəti, Şimal dənizindəki nefti və iki ölkə arasındakı münasibətləri müzakirə edib:

"Biz bir çox mövzunu, o cümlədən Böyük Britaniya ilə əla münasibətlərimizi müzakirə etdik. Biz Şimal dənizindəki nefti, ticarəti, hərbi ittifaqı, Hörmüz boğazının minalardan təmizlənməsini və bir çox digər mövzuları müzakirə etdik".

Amerika lideri həmçinin yaxın gələcəkdə Börnhemlə şəxsən görüşmək niyyətində olduğunu açıqlayıb: "Baş nazirin qarşısında çox iş var, amma o, bu işin öhdəsindən gələcək və əlbəttə ki, ABŞ kömək etməyə hazır olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR