İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ-ın üçüncü dünya müharibəsindən xilas edilməli olduğunu deyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, Birləşmiş Ştatlar yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski ilə qarşı-qarşıyadır.

Tramp Miçiqan ştatının Detroit şəhərində xalqın qarşısında çıxışı zamanı "Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir, çünki ölkəmiz problem içindədir. Üçüncü dünya müharibəsinin başlamaq ehtimalı var" deyib.

Bundan əvvəl də Tramp “Impaulsive” YouTube kanalına müsahibəsində bildirmişdi ki, 2016-cı ildə prezident seçkilərində o deyil sabiq dövlət katibi Hillari Klinton seçilsəydi ABŞ Şimali Koreya ilə nüvə münaqişəsinə cəlb olunacaqdı.\\APA 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2024

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR