Onlayn ictimai-siyasi qəzet
Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi "Bursaspor" Türkiyə 1-ci liqasında yeni mövsümün ilk oyununa çıxıb.
Bursa təmsilçisi səfərdə "Bodrumspor"la qarşılaşıb.
Oyun "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Toral matçın 46-cı dəqiqəsində - komandası 2:0 öndə olarkən meydana daxil olub.
Bu, Toralın "Bursaspor"da ilk rəsmi oyunu olub.
Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında "Qarabağ"dan "Bursaspor"a keçib.
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ