İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbələrə hər ay pul, ildə 4 dəfə uçuş – Keçmiş SSRİ ölkəsindən gözlənilməz qərar

Qırğızıstanda tələbələr üçün yeni maliyyə dəstəyi proqramının tətbiqi planlaşdırılır.

Musavat.com xəbər verir ki, tələbələrə aylıq təqaüdlə yanaşı, ölkədaxili aviabiletlərin xərcinin də ödənilməsi nəzərdə tutulur.

2027/2028-ci tədris ilindən başlayaraq proqramın 4 min tələbəni əhatə etməsi planlaşdırılır.

Yeni qaydalara əsasən, tələbələrə ayda 2,5 min som (təxminən 49 manat) təqaüd veriləcək. Bundan başqa, hər tələbəyə il ərzində dörd ölkədaxili uçuş üçün ümumilikdə 18 min som (təxminən 350 manat) ayrılması təklif edilir. Bu, hər uçuş üçün 4,5 min som (təxminən 87 manat) deməkdir.

Hazırda dövlət hesabına təhsil alan və yaxşı akademik göstəriciləri olan tələbələr ayda cəmi 800 som (təxminən 16 manat) təqaüd alırlar. Yeni proqramda isə təqaüd verilərkən tələbələrin akademik göstəricilərinin nəzərə alınmaması nəzərdə tutulur.

Qırğızıstanın Elm və Təhsil Nazirliyi tələbə yataqxanaları ilə bağlı ciddi problemin olduğunu da etiraf edib. Hazırda tələbələrin yalnız 10 faizi yataqxana yerləri ilə təmin olunur. Buna görə yeni yataqxanaların tikilməsi və mövcud yataqxanaların yenidən qurulması zəruri hesab edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR