İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran xalq üsyanına bəhanə tapdı: “Həbslər başlayıb”

İranda etirazlar rəsmi Tehran tərəfindən birbaşa silahlı üsyan və dövlətə qarşı planlı hücum kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani son dərəcə sərt bəyanatla çıxış edərək vəziyyətin təhlükəli mərhələyə keçdiyini açıqlayıb.

Laricani bildirib ki, təhlükəsizlik qüvvələri iğtişaşların əsas təşkilatçılarını müəyyən edib və artıq bir qismi həbs olunub, digərlərinin isə yaxın vaxtlarda saxlanılması planlaşdırılır.

Onun sözlərinə görə, saxlanılan və axtarışda olan şəxslərin çoxu tüfəng və tapançalar daxil olmaqla odlu silahlarla silahlanıb. Bu fakt, rəsmi Tehranın qənaətincə, baş verənlərin təsadüfi etiraz deyil, öncədən hazırlanmış və koordinasiyalı plan olduğunu göstərir.

İran Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, hərbi və polis obyektlərinə eyni vaxtda edilən hücumlar ölkədə vətəndaş müharibəsini alovlandırmaq və xarici müdaxiləni təşviq etmək məqsədi daşıyır.

Bununla belə, Laricani etiraf edib ki, odlu silahlardan istifadəyə baxmayaraq, etirazçılar yaxşı qorunan təhlükəsizlik və hərbi mərkəzləri ələ keçirə bilməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR