Onlayn ictimai-siyasi qəzet
"Airbus" şirkəti Tehran və İsfahanın hava hücumundan müdafiə zonalarına aid bir neçə peyk görüntüsü yayımlayıb.
Musavat.com xəbər verir ki, şəkillərdə hər bir məkanda bir neçə S-300 zenit-raket komplekslərinin mövcudluğu görünür.
"Azad İran" telegram kanalı isə bildirir ki, İran 12 günlük müharibədə zədələnmiş obyektləri bərpa etməyə çalışır.
SEPAH İsfahan hava bazasında zədələnmiş S-300 sistemini köhnə S-200 qurğusu ilə əvəz edib.
Peyk görüntüsündə qurğunun hələ radar və komanda sistemlərinə bağlı olmadığı görünür. Yəni, bu şəkilə əsasən qurğu hələ işlək deyil.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ