İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Təyyarə Bermud üçbucağında YOXA ÇIXDI

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində 6 nəfərin olduğu sərnişin təyyarəsi radarlardan itib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi Xidmətinin "X" sosial şəbəkəsindəki rəsmi paylaşımında bildirilir.

Məlumata görə, qurumun əməkdaşları hazırda Nantaket adası sahillərində axtarış-xilasetmə tədbirləri həyata keçirirlər.

"Sahil Mühafizəsi göyərtəsində 6 nəfərin olduğu "Gulfstream" tipli təyyarənin axtarışını aparır. ABŞ Federal Aviasiya Administrasiyası şənbə günü səhər saatlarında hava gəmisi ilə əlaqənin kəsildiyi barədə məlumat verib. Axtarış işləri Nantaket sahillərində davam etdirilir", - deyə xəbərdə bildirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR