Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Sumı şəhərinə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.
“Məqsədli şəkildə mülki şəxslərə hücum edilib. Hazırda xilasetmə əməliyyatı aparılır. Yaralılar çoxdur”, – deyə o Telegram-da bildirib.
Zelenskinin sözlərinə görə, ilkin məlumata əsasən, 3 nəfər həlak olub, 16 nəfər yaralanıb. Məlumatı Fövqəladə Hallar Xidməti də təsdiqləyib.
“Ən azı bir partlamamış reaktiv mərminin olduğu bildirilir. Həmin mərmi adi yaşayış binasının 9-cu mərtəbəsindəki mənzilin divarını deşib” – deyə Zelenski qeyd edib.
O, beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı siyasi təzyiqləri artırmağa bir daha çağırıb.
Rusiya ordusu hələlik hücumla bağlı açıqlama verməyib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ