Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin ölkədən nağd rublun çıxarılması qaydalarını sərtləşdirib.
Musavat.com xəbər verir ki, yeni məhdudiyyətlərə əsasən, fiziki şəxslər Avrasiya İqtisadi İttifaqı ölkələrinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd pul aparaya bilməyəcəklər.
Hüquqi şəxslər və fərdi sahibkarlar üçün qaydalar daha da sərtləşdirilib. Belə ki, məbləğindən asılı olmayaraq, onlara bu ölkələrə nağd rubl çıxarmaq tamamilə qadağan edilir.
Beləliklə, yeni tədbirlər məhdudiyyətləri yalnız Aİİ ölkələrinə deyil, həm də Azərbaycan, Tacikistan və Özbəkistana şamil edir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ