İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ordu tam hazır vəziyyətə gətirildi - Bu ölkədə...

İsrail Ordusunun sözçüsü Effie Defrin İranla bağlı hər hansı gözlənilməz vəziyyətlərə qarşı müdafiə baxımından tam hazır olduqlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Defrin İranla bağlı yayılan bəzi şayiələrin qulaqardına vurulmalı olduğunu bildirib.

Sözçü qeyd edib ki, son günlərdə İranda baş verən etirazlarla bağlı müxtəlif məlumatlar yayılır, lakin bunların əksəriyyəti daxili məsələdir. Eyni zamanda İsrail ordusu hər an ayıq vəziyyətdədir və davamlı qiymətləndirmələr aparır, hər hansı dəyişiklik olarsa ictimaiyyətə yeniləmələr təqdim olunacaq.

İsrail dövlət televiziyası KAN isə Təl-Əviv administrasiyasının ABŞ-ın İrana mümkün hərbi əməliyyatına hazır olduğunu iddia edib. Məlumata görə, ABŞ prezidenti Donald Trampın Tehranla yeni münaqişəyə səbəb ola biləcək təhdidi diqqətlə izlənilir.

Bundan başqa, İsrail xarici işlər naziri Gideon Saar Avropadakı səfirlərə İran İnqilab Keşikçiləri Korpusunun həmin ölkələr tərəfindən terror təşkilatı kimi tanınması üçün iş aparmağı tapşırıb.

İranda isə 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyasına etiraz olaraq başlayan nümayişlər ölkənin bir çox şəhərinə yayılıb. İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) 11 yanvarda dərc etdiyi hesabatına görə, etirazların 15-ci günündə 544 nəfər, o cümlədən 37 təhlükəsizlik işçisi, bir prokuror və 8 uşaq həlak olub, 10.681 nəfər isə saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR