Onlayn ictimai-siyasi qəzet
İranın Tehran əyalətində yerləşən Parand şəhərində bir neçə güclü partlayışın baş verdiyi bildirilir.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, hadisə nəticəsində şəhərin müxtəlif ərazilərində ard-arda partlayış səsləri eşidilib.
Məlumata görə, partlayışlardan dərhal sonra Parandda elektrik enerjisinin verilişi tam şəkildə dayandırılıb və şəhər tamamilə işıqsız qalıb.
Hazırda partlayışların səbəbi və mümkün dağıntılar barədə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Parand şəhəri İranın paytaxtı Tehranın cənub-qərbində yerləşir və əyalətin mühüm yaşayış məntəqələrindən biri hesab olunur.
@@TVmusavat/140512@@
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ