Onlayn ictimai-siyasi qəzet
İran Ordusu Quru Qoşunlarının komandanı, briqada generali Əli Cahanşahi bildirib ki, ölkə müxtəlif sərhədyanı rayonlarda cəld reaksiya qüvvələrini və digər ordu hissələrini cəmləşdirib.
Musavat.com-un məlumatına görə, silahlı qüvvələr şimal-qərb, qərb, cənub-qərb, şərq və şimal-şərq sərhədləri, eləcə də Makran sahili (Oman körfəzi və Ərəbistan dənizi boyunca yerləşən, İran və Pakistanın cənub hissələrini əhatə edən yarımsəhra sahil bölgəsi) boyunca yerləşdirilib.
Cahanşahi əlavə edib ki, hazırda sərhədyanı rayonlarda xüsusi təyinatlılar, cəld reaksiya, mexanikləşdirilmiş və artilleriya bölmələri zəruri maddi-texniki dəstəklə fəaliyyət göstərir.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ