İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iş xanımı ÜSYAN ETDİ – “Sürücümün üzünə baxa bilmirəm”

Türkiyənin iş dünyasının tanınmış simalarından olan Ender Mermerci bahalaşma və yüksək kommunal xərclərlə bağlı narazılığını dilə gətirib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Mermerci son dövrlərdə qiymətlərin sürətlə artmasına diqqət çəkib.

Alış-veriş zamanı qarşılaşdığı məbləğlərin onu ciddi şəkildə düşündürdüyünü bildirib.

Ender Mermerci bahalaşmanın yalnız özü üçün deyil, ətrafındakı insanlar və işçiləri üçün də ağır nəticələr doğurduğunu vurğulayıb. O, “Bəzən öz sürücümün belə üzünə baxa bilmirəm” - deyib.

Mermerci təbii qazla bağlı gələn çekdə göstərilən məbləğə görə də öz təəccübünü gizlədə bilmədiyini qeyd edib. “Elə bil evdə zavod işlədirik”, - deyə bildirib.

Onun bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR