Onlayn ictimai-siyasi qəzet
Bu dəqiqələrdə Suraxanı rayonu, “Kərpiczavod” kimi tanınan ərazidə güclü yanğın başlayıb.
Musavat.com-un məlumatına görə, prfilaktoriyaların, həmçinin kafelərin fəaliyyət göstərdiyi əraziyə yaxın yerdə başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.
Məlumata görə, əraziyə müxtəlif sürtkü materialları və digər kimyəvi tərkibli tullantılar atıldığı üçün alov küləkli havada şiddətlənib. Hazırda yanğınsöndürənlər yanğını söndürmək üçün tədbirlər görürlər.
Qeyd edək ki, Xətai rayonunun “Köhnə Günəşli” massivinə yaxın bu, “zibil poliqonu”nda vaxtaşırı yanğınlar törədilir.
Musavat.com
16 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ