Onlayn ictimai-siyasi qəzet
Türkiyədə məşhur simaların adlarının keçdiyi genişmiqyaslı narkotik əməliyyatı keçirilib.
Musavat.com xəbər verir ki, əməliyyat çərçivəsində “Möhtəşəm yüzil” serialında Sultan Süleymanın oğlu Şahzadə Bəyazidi canlandıran məşhur aktyor Aras Bulut İynemli və Türkiyə millisinin sabiq futbolçusu Hasan Şaş da saxlanılıb.
İstintaq narkotik və psixotrop maddələrdən istifadə, narkotik istifadəsinin asanlaşdırılması və bunun üçün yer təmin edilməsi ilə bağlı şübhələr əsasında aparılır.
Saxlanılanlar arasında reper Sefo, aktrisalar Melis Sezen və Nilperi Şahinkaya da daxil olmaqla Türkiyənin tanınmış simaları var. Ümumilikdə 18 nəfər barəsində saxlanılma qərarının verildiyi bildirilir.
Aras Bulut İynemli “Möhtəşəm yüzil” serialında Sultan Süleyman və Hürrəm Sultanın oğlu Şahzadə Bəyazid obrazını canlandırıb. Hasan Şaş isə uzun illər “Qalatasaray” və Türkiyə millisinin formasını geyinib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ