Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski tezliklə ABŞ lideri Donald Trampla sülh planı ilə bağlı görüşəcək.
Musavat.com xəbər verir ki, məlumatı Zelenski öz Telegram kanalında açıqlayıb.
Prezidentin sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ona ABŞ tərəfi ilə son danışıqlar barədə məlumat verib:
"Bir gün də boşa vermirik. Yaxın gələcəkdə ən yüksək səviyyədə - prezident Trampla - görüş barədə razılığa gəlmişik. Yeni ildən əvvəl çox şey qərarlaşdırıla bilər".
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ