İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kuba prezidentinə sanksiya tətbiq etdi

ABŞ hökuməti Kubanın keçmiş prezidenti Raul Kastronun oğlu və nəvəsinə, eləcə də Karib prezidentinə və ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi yayıb. İdarənin açıqlamasına əsasən, sanksiya siyahısına Kuba lideri Migel Diaz-Kanel, həyat yoldaşı Liz Kuesta Peraza və ilk evliliyindən olan oğlu Manuel Anido Kuesta, eləcə də Raul Kastronun oğlu və nəvəsi Alejandro Kastro Espin və Raul Alejandro Kastro Kalis də daxil olmaqla beş nəfər əlavə edilib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyinə, Kuba Xalqlar Arası Dostluq İnstitutuna, Kuba İnqilabının Müdafiəsi Komitələrinə və digər iki təşkilata sanksiyalar tətbiq edib.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR