İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Valyutadəyişmə məntəqəsində ATIŞMA - Ölənlər və yaralananlar var

İstanbulun Fatih rayonunda yerləşən valyutadəyişmə məntəqəsində silahlı insident baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qanlı olay Fatih rayonundakı "Sofçuhan İş Hanı"nın daxilində yerləşən valyutadəyişmə məntəqəsində qeydə alınıb.

İddiaya görə, müştəri ilə iş yeri sahibi arasında yaranan borc mübahisəsi qısa müddətdə böyüyərək silahlı davaya çevrilib. Tərəflərin bir-birinə atəş açması nəticəsində 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə yaralanıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində hadisə ilə bağlı 1 nəfər saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR