İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Tehran sülh üçün qapını araladı: Amma tək bir şərtlə...

İran ABŞ ilə münaqişədə müvəqqəti atəşkəs variantını qəti şəkildə rədd edib. Tehran müharibənin bütün cəbhələrdə tamamilə dayandırılmasını və vurulmuş ziyanın ödənilməsini tələb edir.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Qətərin "Al Jazeera" telekanalına verdiyi müsahibədə ölkəsinin rəsmi mövqeyini açıqlayıb.

Nazir bildirib ki, Tehran ABŞ ilə müvəqqəti sülh sazişlərində maraqlı deyil:

"Biz atəşkəsə inanmırıq. Biz müharibənin tam bitməsinə inanırıq. Müharibənin başa çatması isə bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması deməkdir".

Araqçi qeyd edib ki, ABŞ və İran arasındakı münaqişənin tamamilə həll olunması bütün Yaxın Şərqdə sülhün bərqərar olması üçün həlledici amildir.

Xarici işlər naziri münaqişənin nizamlanmasında bir neçə ölkənin, xüsusilə Çinin vasitəçi ola biləcəyini diqqətə çatdırıb.

O, 2023-cü ildə Çinin İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin bərpasında oynadığı müsbət rolu xatırladıb:

"Çinin böyük imkanları var. Onunla yanaşı, digər ölkələrin də belə bir potensialı mövcuddur. Biz dost ölkələrin sülhə nail olmaq istiqamətindəki təkliflərinə açığıq".

Abbas Araqçi xüsusi olaraq vurğulayıb ki, İran yalnız müəyyən şərtlər daxilində sülh təkliflərini dinləməyə hazırdır. Tehrandan gələn əsas tələb isə müharibə zamanı İrana dəymiş maddi və mənəvi ziyanın kompensasiya edilməsidir:

"Əgər müharibənin dayandırılması ilə bağlı şərtlərimizə uyğun təklif gələrsə və İranın çəkdiyi zərər qarşılanarsa, biz bu təklifi mütləq nəzərdən keçirəcəyik".

Nazir Tehranın bu prinsipial mövqeyinin artıq tərəfdaş ölkələrə çatdırıldığını bildirib. İran rəhbərliyi müvəqqəti "nəfəs dərirmə" taktikası deyil, problemin kökündən həllini tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR