İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Pakistan BU ÖLKƏYƏ zərbə endirdi: Ölənlər var - VİDEO

Pakistan Əfqanıstan ərazisində yerləşən hərbi obyektlərə havadan zərbələr endirib.

Musavat.com xəbər verir ki, İslamabadın məlumatına görə, həmin obyektlərdən Pakistan ərazisinə hücumların hazırlanması üçün istifadə olunub. Ölkənin İnformasiya Nazirliyinin ilkin açıqlamasına əsasən, əməliyyat nəticəsində 22 döyüşçü məhv edilib.

Pakistan tərəfi iki rayonda yerləşən silahlı qruplaşmaların düşərgələrini və sığınacaqlarını hədəf aldığını bildirib. Nazirlik vurğulayıb ki, əməliyyat kəşfiyyat məlumatları əsasında planlaşdırılıb və dəqiq nöqtə zərbələri endirilib. İslamabadın versiyasına görə, həmin obyektlərdəki silah və sursat anbarları da tamamilə sıradan çıxarılıb.

Qurumdan bildirilib ki, mülki şəxslərə zərər dəyməməsi üçün maksimum təhlükəsizlik tədbirləri görülüb. Pakistan tərəfi hədəflərin yalnız döyüşçülər olduğunu bildirir və dinc əhaliyə zərbə endirilməsi barədə iddiaları təkzib edir.

İslamabad Əfqanıstanın mövcud hakimiyyətini Pakistanda terror hücumları həyata keçirən qruplaşmalara, ilk növbədə "Təhrik-e-Taliban Pakistan" təşkilatına sığınacaq verməkdə ittiham edir. Qeyd olunur ki, bu təşkilat Əfqanıstan "Taliban"ı ilə ideoloji əlaqələrə malik olsa da, müstəqil struktur kimi fəaliyyət göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR