İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Mühüm qərar verildi – İyunun 8-dən BAŞLAYIR

İstanbul valiliyi meşə yanğınları riski səbəbilə yeni tədbirlər tətbiq edib.

Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, qərara əsasən, şəhər üzrə meşəlik ərazilərə giriş 8 iyun 2026-cı il tarixindən etibarən qadağan edilib və bu qadağa 15 oktyabradək davam edəcək.

Valilikdən verilən açıqlamada bildirilir ki, yay mövsümündə temperaturun yüksəlməsi və insan axınının artması meşə yanğınları riskini ciddi şəkildə artırır. Bu səbəbdən həm qəsdən, həm də ehtiyatsızlıq nəticəsində baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə qərar qəbul olunub.

Qərara əsasən, xüsusi olaraq müəyyən edilmiş gəzinti və istirahət zonaları, parklar, bağçalar və şəhər meşələri istisna olmaqla, bütün meşəlik ərazilərə piyada və ya nəqliyyat vasitəsi ilə giriş qadağandır. Eyni zamanda həmin ərazilərdə manqal yandırmaq və ümumilikdə hər hansı açıq alovdan istifadə etmək də qadağan edilib.

Valilik meşəlik ərazilərlə yanaşı, meşə ətrafında yerləşən yaşayış məntəqələrində də ciddi tədbirlərin görüləcəyini açıqlayıb.

Valilik qadağalara əməl etməyən şəxslər barədə inzibati və hüquqi tədbirlərin görüləcəyini vurğulayaraq vətəndaşları qaydalara ciddi riayət etməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR