İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Bəhreyndə ABŞ-yə məxsus LNG zavodu VURULDU - VİDEO

Bəhreynin ABŞ maraqları çərçivəsində fəaliyyət göstərən mayeləşdirilmiş təbii qaz (LNG) zavodu güclü raket zərbələrinə məruz qalıb.

Musavat.com xəbər verir ki, məlumata görə, əraziyə hücumlar hazırda da davam etməkdədir.

Tehran rəhbərliyi bu hücumun ABŞ və İsrailin İranın “Cənubi Pars” qaz müəssisəsinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini bəyan edib.

Bildirilir ki, hədəf alınan obyekt Bəhreyn adalarını Səudiyyə Ərəbistanı ilə birləşdirən strateji körpünün yaxınlığında yerləşir. Güclü partlayışlar nəticəsində həmin körpüyə də ciddi ziyan dəyib.

Rəsmi Vaşinqton İranın ən böyük qaz yatağı olan “Cənubi Pars”a hücumda iştirak etmədiyini açıqlayıb. CNN-in yaydığı məlumata görə isə, sözügedən əməliyyat birbaşa İsrail tərəfindən həyata keçirilib.

Vəziyyətin gərginləşməsi fonunda İran tərəfi kəskin bəyanatla çıxış edib.

Tehran bu gündən etibarən regiondakı digər ölkələrin, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Küveyt və Qətərin bütün neft-qaz infrastrukturunu hədəf alacağını elan edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR