İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! BƏƏ İLK DƏFƏ İranı vurdu

Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə olaraq İran ərazisinə hava zərbələri endirib.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi İran ərazisində yerləşən duzsuzlaşdırma (su təmizləmə) zavodu olub.

Həyata keçirilən zərbə hələlik daha çox siyasi mesaj xarakteri daşıyır və İran rəhbərliyinə xəbərdarlıq kimi qiymətləndirilir.

Nəşr qeyd edir ki, əgər İranın hücumları genişlənərsə, BƏƏ-nin hərbi kampaniyaya qoşulması ehtimalı real görünür. Lakin bu iştirakın məhdud miqyasda olacağı istisna edilmir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR