İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok qərar: Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Donald Tramp Kubadan qaynaqlanan “milli təhlükəsizlik təhdidi” səbəbilə ölkədə fövqəladə vəziyyət elan edib.

Musavat.com xəbər verir ki, bununla bağlı imzalanan rəsmi sərəncam Ağ Evin saytında dərc olunub.

Sənəddə qeyd olunur ki, Kuba hakimiyyətinin siyasəti və atdığı addımlar ABŞ-nin maraqlarına zərər vurmağa, eləcə də Vaşinqtonun düşməni sayılan ölkə və terrorçu qruplara dəstək verməyə yönəlib. Tramp sərəncamda bildirir ki, yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması üçün tarif sistemi tətbiq etmək “zəruri və məqsədəuyğundur”.

Bu qərar ABŞ-yə Kubaya neft tədarük edən ölkələrin məhsullarına əlavə advalor gömrük rüsumları tətbiq etmək imkanı yaradır. Sərəncamda vurğulanır ki, prezident bu tariflərlə bağlı qərarı yenidən nəzərdən keçirə və ya dəyişə bilər. Bunun üçün Kuba və ya rüsumlardan təsirlənən ölkələr öz siyasətlərini ABŞ-yə xarici siyasət maraqları və milli təhlükəsizlik məqsədlərinə uyğunlaşdırmalıdır.

Hazırda ABŞ-da 50-dən çox fövqəladə vəziyyət rejimi qüvvədədir. Onların əhəmiyyətli hissəsi Kuba, İran, Rusiya, qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə bağlıdır. Fövqəladə vəziyyət rejimi prezidentə normal şəraitdə icazə verilməyən geniş səlahiyyətlər verir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR