İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyənin ən kritik limanı VURULDU

Səudiyyə Ərəbistanında yerləşən "Samref" neft emalı zavoduna havadan zərbələr endirilib.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, hücumun nəticələri minimaldır.

"Samref" zavodu "Saudi Aramco" və "Exxon Mobil" şirkətlərinin birgə müəssisəsidir.

Müəssisə Qırmızı dəniz sahilindəki Yanbu liman şəhərində yerləşir. Qeyd olunur ki, hazırda bu liman Səudiyyə Ərəbistanının neft ixracı üçün yeganə çıxış məntəqəsidir.

Ötən gecə İran dövlət televiziyası Yanbu şəhərindəki neft emalı zavoduna raket zərbəsinin endirildiyini iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR