Onlayn ictimai-siyasi qəzet
Sərnişinləri qorxudacaq Boeing xəbəri –gövdəsində çat olan 1429 təyyarə səmalardaABŞ Federal Aviasiya Administrasiyası (FAA) mümkün konstruksiya problemi ilə əlaqədar yüzlərlə Boeing 737 MAX təyyarəsinin məcburi yoxlanılması barədə göstəriş verib.
Musavat.com xəbər verir ki, CBS News-un məlumatına görə, yoxlamalar təyyarələrin gövdəsində mümkün çatların aşkarlanmasına yönəlib.
FAA-nın direktivi Boeing 737 MAX 8, 737 MAX 9 və 737-8200 modellərinə şamil edilir. Söhbət ABŞ-də 471, dünya üzrə isə ümumilikdə 1429 təyyarədən gedir.
Bundan əvvəl Boeing 737-nin daha köhnə versiyalarında qapı yerləri və qəza çıxışlarının ətrafındakı gücləndirici konstruksiya elementlərində çatlar aşkarlanıb.
737 MAX təyyarələrinin özündə isə hələlik belə zədələrin qeydə alındığı bildirilmir. Lakin Boeing həmin hissələrin konstruksiyası və yığılma üsulunun əvvəlki modellərlə oxşar olduğunu nəzərə alaraq MAX ailəsinə daxil olan təyyarələrin də yoxlanılmasını zəruri hesab edib.
Maraqlıdır ki, bu, son dövrdə 737 MAX-larla bağlı FAA-nın ilk belə göstərişi deyil. 2026-cı ilin iyulunda qurum 453 ədəd Boeing 737 MAX təyyarəsinin oturacaqların mümkün yanlış quraşdırılması səbəbindən yoxlanılmasını tələb etmişdi. Narahatlıq ondan ibarət idi ki, düzgün quraşdırılmayan oturacaqlar güclü turbulentlik zamanı yerindən çıxa bilər.
Yeni direktiv isə artıq təyyarənin gövdəsinin konstruktiv elementlərinə aiddir və dünya üzrə 1429 Boeing 737 MAX təyyarəsini əhatə edir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ