İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyanı LGBT fiquru olan qadın idarə edəcək

Serbiya prezidenti Aleksandr Vuçiç istefa verdikdən və 25 oktyabra növbədənkənar seçkilər təyin etdikdən sonra ölkə parlamentinin sədri Ana Brnabiç prezident səlahiyyətlərini icra edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, seçkilərə qədər ölkəyə rəhbərlik edəcək. Yeni dövlət başçısının seçilməsi üçün səsvermənin konkret tarixi müəyyən edilməyib.

Ana Brnabiç rus və ingilis dillərində sərbəst danışır. ABŞ və Britaniyada biznes sahəsində ali təhsil aldıqdan və vətəninə qayıtdıqdan sonra Serbiya Kənd Təsərrüfatının İnkişafı Proqramına (Avropa Birliyinin himayəsi altında) qoşulub. 2002-ci ildən 2011-ci ilə qədər ABŞ Beynəlxalq İnkişaf Agentliyində çalışıb.

O, heç vaxt heç bir partiyanın üzvü olmayıb. 2007-ci ildə Brnabiç Serbiya hökumətinin koordinasiya orqanının direktorunun müşaviri olub. 2016-cı ildə o vaxtkı baş nazir Vuçiç onu dövlət və yerli özünüidarəetmə naziri təyin edib.

Brnabiç Serbiya parlamentinin sədri vəzifəsini icra edən ilk açıq cinsi azlıqlara mənsub qadındır. O, Milisa Djurdjiç ilə evlidir və onlar oğulları İqoru böyüdürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR