Onlayn ictimai-siyasi qəzet
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından “qanunsuz” keçməyə çalışan Toqo bayrağı altında üzən “Trend” neft tankerinə zərbə endirdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatı Fars agentliyi yayıb. SEPAH iddia edir ki, gəmidə yanğın baş verib: "Toqo bayrağı altında üzən Trend tankeri Hörmüz boğazından qanunsuz keçməyə cəhd edib, lakin yanğın səbəbindən zərbə alıb və dayanıb".
Qeyd edək ki, SEPAH müntəzəm olaraq özünün müəyyənləşdirdiyi marşrutdan kənarda Hörmüzü keçən tanker və gəmiləri vurduğuna dair məlumat yayır. Bölgəyə nəzarət edən ABŞ Ordusu isə həmin məlumatları təkzib edərək, İranın boğazdan keçən gəmiləri belə xəbərlərlə qorxutmağa çalışdığını bildirir.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ