İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH İraqda kürdlərə RAKET YAĞDIRDI: 88 ZƏRBƏ ENDİRDİ

İran İraq Kürdüstanı Regionunda yerləşən müxalif kürd qruplaşmalarının mövqələrinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə 88 zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı SEPAH-ın rəsmi telegram kanalı yayıb.

Hücumlar çərçivəsində Ərbil vilayəti 66 PUA və 2 raket zərbəsinə, Süleymaniyyə vilayəti isə 10 raket və 9 PUA zərbəsinə məruz qalıb.

Raketlərdən birinin hissələri Hələbçə vilayəti ərazisinə düşüb.

Regionda gərginlik yüksək həddə çataraq digər ölkələrə də təsir edir. İordaniya tərəfi İraqa xəbərdarlıq edərək, "Həşdi-Şəbi" qüvvələrinin İordaniya ərazisinə hücum etmək niyyətində olduğu barədə məlumat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR